Bakının Xətai rayonunda qadın onu qarət edən şəxsi təqib edərək, öz pullarını geri alıb.
Bu haqda ÇıxışYolu.Com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə aprelin 30-da 20:30 radələrində Məhəmməd Hadi küçəsi 6 ünvanında qeydə alınıb. Belə ki, naməlum şəxs 48 yaşlı Fərəcova Zəminə Arif qızına hücum edərək, içində pul və mobil telefon olan çantasını oğurlayıb.
Zərərçəkənin ifadəsinə görə, çantasında 130 manat, 100 ABŞ dolları, 300 rubl, bank kartı, mobil telefon və şəxsiyyət vəsiqəsi olub.
Hadisədən sonra qadın sayıqlığını itirməyib və cinayətkarın dalınca qaçaraq, onu yaxalayıb. Çantasını geri alsa da, onu polisə təhvil verə bilməyib. Aradan çıxan cinayətkar 34-cü polis bölməsinin əməliyyatçıları tərəfindən axtarılır.
Əldə etdiyimiz məlumata görə, aprel ayında Azərbaycanda 10 soyğunçuluq və 20 oğurluq hadisəsi qeydə alınıb.
Ramella