Aprelin 17-də Bakıda, Xəzər rayonunun Şağan qəsəbəsində qadın xüsusi amansızlıqa qətlə yetirilib.
Bu barədə ÇıxışYolu.Com-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.
İlkin məlumata görə, cinayətin qurbanı 33 yaşlı Şağan sakini Kütahi Məlikova yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs evə daxil olaraq, onun sinə nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib, daha sonra boğazını kəsib.
Cinayətin qarət məqsədilə törədildiyi müəyyən edilib. Evdən iri məbləğdə qızıl-zinət əşyaları yoxa çıxıb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi açılıb. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxslərin axtarışı ilə məşğuldur.
Ramella İbrahimxəlilova