Bakıda – Hövsan qəsəbəsində qadın güllələnib.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə Hövsan qəsəbəsi İlqar Əhliman küçəsi 10 ünvanında qeydə alınıb.
Binanın arxa tərəfində Novruzova Təranə adlı qadın güllələnib.
Hadisə yerinə təcili tibbi yardım çağrılıb. İlkin məlumata görə, təcili yardım çağıran 30 yaşlı şəxs özünü qadının oğlu kimi təqdim edib.
Həkimlər hadisə yerinə gələndə qadın artıq ölmüş olub.
Suraxanı rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirib.
Faktla bağlı cinayət işi açılıb.