81a9a6e0-b58b-4a81-8044-c6b980102e74..jpg

Bakıda qadın mağazadan oğurluq edib

Baxış sayı: 656 dəfə baxılıb.

Bakıda qadın mağazadan oğurluq edib

Bakıda qadın mağazadan oğurluq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə martın 4-də rayon
ərazisindəki mağazaların birindən 1195 manat pulun qeyri-aşkar şəraitdə
oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq
əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə də
axtarışda olan paytaxt sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun Yasamal rayonu ərazisindəki mağazaların birində satıcının
mobil telefonunu oğurlaması da məlum olub.

Source link