a17ef13b-49e7-4f0f-aeb4-b054c17428b1..jpg

Bakıda qadın mağazadan telefon oğurladı – ANBAAN VİDEO

Baxış sayı: 445 dəfə baxılıb.

Bakıda qadın mağazadan telefon oğurladı – ANBAAN VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nəsimi rayonunda yerləşən mağazaların birindən telefon oğurlanıb.

Baku.ws-in məlumatına görə, hadisə Ənvər Qasımzadə küçəsində yerləşən
mağazalardan birində qeydə alınıb.

İddiaya görə, özünü müştəri kimi təqdim edən qadın əvvəlcə “almaq istədiyi”
məhsulu hədiyyə qutusunda hazırlatdırıb. Daha sonra pulunun maşında olduğunu
deyərək məhsulu almadan oradan uzaqlaşıb. Mağazanı tərk etməzdən əvvəl isə
çantasına özünə məxsus olmayan telefonu da qoyub.

Zərərçəkən məsələ ilə bağlı Nəsimi rayonu 20-ci polis bölməsinə məlumat
verdiyini bildirib. O, vurğulayıb ki, telefonun qiyməti 400 manat dəyərindədir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı
Nurlan Əliyev bildirib ki, hadisədən xəbərdardılar.

Faktla bağlı araşdırma aparılır.


Source link