2516b1c5-b7bb-4aa3-afab-e3172c13caa4..jpg

Bakıda qadın qohumunun qəbrini təhqir etdi: Həbs edildi

Baxış sayı: 1. 947 dəfə baxılıb.

Bakıda qadın qohumunun qəbrini təhqir etdi: Həbs edildi

Bakıda qadın qaynının qəbri üzərində təhqiramiz sözlər yazıb.

Cixisyolu.com istintaq materiallarına istinadən bildirir ki, hadisə Sabunçu rayonu,
Zabrat qəsəbəsi, İstixana kombinatının yaxınlığındakı qəbiristanlıqda olub.

Belə ki, Kəmalənin (ad şərtidir) qaynı öləndən sonra onun ailəsi ilə torpaq
bölgüsü üzərində mübahisəsi yaranıb.

Mübahisə dərinləşdiyindən qaynının arvadı və baldızı Kəmalə ilə söhbət
etməkdən boyun qaçırıblar.

Kəmalə torpaq bölgüsünün hüquqi yolla həll edilməsi üçün məhkəməyə müraciət
etsə də, bu, nəticəsiz qalıb və tərəflər arasında mübahisə böyüyüb.

Kəmalə 2007-ci ildə vəfat etmiş qaynının qəbri üzərində təhqiramiz sözlər
yazmaqla acığını çıxıb.

O qaynının məzar daşının ön və arxa hissəsinə qırmızı rəngli markerlə iri və
kənardan aydın görünən hərflərlə, tərkibində əxlaqsız ifadələr olan mətnlər
yazıb.

Həmin sözlər isə qaynı arvadı və baldızı haqqında olub.

Məhkəmə iclasında zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışdıqlarını
bildiriblər.

Məhkəmənin hökmü ilə Kəmalə Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə (Qəbir
üzərində təhqiredici hərəkət) təqsirli bilinib.

Kəmalə, 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Aqşin Kərimov

Source link