8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə həvəskar qadın velosipedçilər üçün veloyürüş təşkil olunub.
ÇıxışYolu.Com xəbər verir ki, yürüşün məqsədi ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadəni geniş təbliğ etməkdir. Həmçinin qadınlar arasında bu nəqliyyat vasitəsinə marağı artırmaqdır.
Şəhərin mərkəzi küçələrini əhatə edən veloyürüş paytaxt sakinlərinin böyük marağına səbəb olub.
Foto: Ehtiram JABİ
www.ÇıxışYolu.Com