İyunun 7-də Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində onun alması üçün ev tapacağı adı ilə aldadaraq 77 000 manatını aldığını bildirib.
DİN mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.