06a4eb49-9b59-40ae-8e12-4dcec5936988..jpg

Bakıda qadını avtobusda izləyib əxlaqsız hərəkətlər etdi – ANBAAN VİDEO

Baxış sayı: 518 dəfə baxılıb.

Bakıda qadını avtobusda izləyib əxlaqsız hərəkətlər etdi – ANBAAN VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində kişi qadını avtobusda izləyib və
ona qarşı əxlaqsız hərəkətlər edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin
əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1992-ci il təvəllüdlü
Xəyal Ağayev saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkəni avtobusda
görəndən sonra onu izləməyə başlayıb. Daha sonra heç kimin olmadığı ərazidə
yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
X.Ağayevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat
verə bilərlər.


Source link