Bakı Apellyasiya Məhkəməsində RF-nın vətəndaşı, 1970-ci il təvəllüdlü Samir Zenyukovun və Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Dmitri Razumnıynın Cinayət Məcəlləsinin 120.2.1, 2.4., 2.6, 2.9 (qrup halında, xüsusi amansızlıqla, başqa cinayəti gizlətmə və köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29,149.2.1-ci ( qrup halında zorlamaya cəhd) və 150.2.1-ci (qrup halında seksual xarakterli hərəkətlər etmə) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il aprelin 30-u, səhər saat 10:30-da Neftçilər prospekti 91 ünvanın qarşısında avtopatrul maşınında xidmətdə olduqları vaxt Səbail rayon mühafizə idarəsinin əməkdaşlarına, həmin binada yaşayan bir qadın yaxınlaşıb, həyətlərində naməlum sərxoş qadının uzandığını bildirib.
Sakinin göstərdiyi yerdə qadın meyiti aşkar edilib, sonra hadisə yerinə təcili-tibbi yardım həkimləri, RPİ və prokurorluq əməkdaşları cəlb olunub.
Araşdırma zamanı cinayətin həmin binanın 39 №-li mənzilində yaşayan Samir Zenyukov və onunla birlikdə qalan Dmitri Razumnıy tərəfindən törədilməsi müəyyən edilib. Hər ikisi evdə saxlanılıb.
Məlum olub ki, öldürülən qadın – 1971-ci il təvəllüdlü, Nizami rayonu, Çobanzadə küçəsi, ev 65 mənzil 41-də yaşayan Yelena Sandrandinovadır. Onun oğlu anasının itkin düşməsi ilə əlaqədar Nizami rn 23-cü polis bölməsinə müraciət edib. German Sandrandinovun sözlərinə görə, ayın 28-i günorta saat 13 radələrində anası evdən iş axtarmaq üçün çıxıb və geri qayıtmayıb. Həmin və növbəti gün istifadəsindəki telefona cavab verməyib
İstintaqla müəyyən edilib ki, aprelin 30-u, gecə saat 01:00 radələrində Samir Zenyukov yaşadığı mənzildə Yelena Sandrandinovaya cinsi əlaqədə olmağı təklif etdikdə, qadın rədd cavabı verərək, dəhlizə çıxıb.
Buna görə Zenyukov zərərçəkənin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib. Səs-küyə gələn Dmitri Razumnıy da Yelenaya yumruqla sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yerirərək, paltarlarını soyundurub və onu divana uzandırıb. Sonra Sergey qadının köməksiz vəziyyətindən istifadə edərək, seksual xarakterli zorakı hərəkətlər edib.
Səhər saat 04:00 radələrində Sandrandinovanın öldüyünü gördükdə, törətdikləri cinayəti gizlətmək məqsədilə meyitin əyninə paltarlarını geyindiriblər və onu mənzildən çıxarıb, həyətin küncünə qoyublar.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Dmitri Razumnıy ifadəsində göstərib ki, üç ildir Samir Zenyukovla dostluq edir. Dəfələrlə onun evində yeyib-içiblər, daimi yaşamağa yeri olmadığı üçün Samirgildə qalıb.
Aprelin 28-də Samirin tanışı Alla İbrahimova Yelena adlı rəfiqəsinə zəng edib, birlikdə yeyib-içmək üçün Samirin evinə dəvət edib. Həmin gün Sandrandinovanı Neftçilər prospektində qarşılayıb, evə gətiriblər. Müxtəlif spirtli içkilər qəbul ediblər.
Təxminən 4-5 saat oturduqdan sonra sərxoş vəziyyətdə olan Zenyukov Yelenaya söz atmağa başlayıb, ona cinsi əlaqədə olmağı təklif etdikdə, qadın etiraz edib və ona sərt cavab verib. Sandrandinova mənzilin qapısına doğru getdikdə, dostu da arxasınca dəhlizə çıxıb və onu döyməyə başlayıb.
Kreslodan qalxıb, dəhlizə keçən Dmitri içkinin təsirindən Yelenanın sifətinə və sinəsinə möhkəm zərbələr vurub. Qadın ayaq üstə qapının cəftəsindən tutub, arxaya gedib, sifəti qana bulaşıb, buna baxmayaraq, Samir ona zərbələr vurmaqda davam edib.
Yerə yıxılandan sonra Samir ona ayaqla zərbələr endirib. Onlar Yelenanın huşunu itirdiyini, bir az yatıb, ayılacağını düşünüblər və içki içiblər. Təxminən səhər saat 04:00-da onun ayılmadığını görüb, nəbzini yoxlayıblar və bədəninin soyuq olduğunu hiss ediblər.
Bu vaxt Zenyukov ona rus dilində “meyitlə əlaqədə olduğunu” deyib. Dmitriy polisə məlumat verməsini desə də, Samir buna etiraz edib, Yelenanı geyindirib, parka atmağı təklif edib. O, dostuna küçədə müşahidə kameralarının olduğunu bildirib və razılaşmayıb.
Bundan sonra çıxardıqları paltarlarını qadının əyninə geyindirib, ayaqlarından və əllərindən tutaraq, evdən çıxarıblar. Mərhumu pilləkənlə aşağı düşürüb, həyətin sağ tərəfində görünməz yerə qoyublar.
Səhər saat 11:00-da qapı döyüləndə, polis əməkdaşları olduqlarını başa düşüblər. Dmitri şkafın içərisində gizlənib, Samir isə divanda uzanıb. Onları 9-cu polis bölməsinə aparıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Zenyukov 19, D.Razumnıy 18 il müddətinə azadlıqdan məhrum olunublar.
Hökmdən zərərçəkmiş məhkum S.Zenyukov barəsində apellyasiya şikayəti verib.