Bakıda qadının qulağından sırğanı qoparıb qaçdılar

Bakıda qadının qulağından sırğanı qoparıb qaçdılar

Baxış sayı: 4. 115 dəfə baxılıb.

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində naməlum şəxsin qadına qarşı zor tətbiq edərək qızıl əşyasını alması barədə müraciət daxil olub. 

Məlumatla əlaqədar dərhal hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Müəyyən edilib ki, saat 10:00 radələrində M.Cəfərov küçəsində naməlum şəxs Bakı şəhər sakini M.Əliquliyevaya qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğanın bir tayını qopararaq aparıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov olduğu məlum olub. Onun Bakı şəhər sakini olan G.Məmmədovaya qarşı eyni cinayəti törətdiyi müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

.
www.ÇıxışYolu.Com