Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.
Rayonun A.Heydərov küçəsi ev 26 ünvanının qarşısında Mənzər və Kəmalə adlı şəxslər Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Hümbətova Sima Abbasqulu qızını döyərək xəsarət yetiriblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu