Nərimanov rayonunda 17 yaşlı oğlan bıçaqlanıb.
2002-ci il təvəllüdlü Manaflı Tacəddin İlham oğlu tanımadığı şəxslə mübahisə edib. Nəticədə o, bıçaqlanıb.
Çox qan itirən yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində T.Manaflını bıçaqlayan şəxsi saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu