db4b33e0-d7b8-4094-8c42-04300f1c6d24..jpg

Bakıda qanunsuz tikililər sökülüb – FOTO/VİDEO

Baxış sayı: 538 dəfə baxılıb.

Bakıda qanunsuz tikililər sökülüb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyi Bakıda qanunsuz tikililəri söküb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Xəzər rayonunun Qala və Buzovna qəsəbələri
ərazilərində müvafiq icazəverici sənədləri olmadan qanunsuz tikinti işlərinin
aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər
Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər
nəticəsində qanunsuz tikililər sökülüb.


Source link