Bakıda qardaş çimərliyə getmək istəyən bacısını bıçaqladı

Bakıda qardaş çimərliyə getmək istəyən bacısını bıçaqladı

Baxış sayı: 2. 113 dəfə baxılıb.

Bakıda qardaş çimərliyə getmək istəyən bacısını bıçaqladı

Bakı şəhərində qardaş bacısını bıçaqlayıb. Cinayət Suraxanı rayonunda baş verib. 

Bu barədə ÇıxışYolu.Com-a Suraxanı rayonu Polis İdarəsindən məlumat verilib.

Cinayət hadisəsi iyulun 24-də, Yeni Suraxanı qəsəbəsində, saat 20:10 radələrində 27 yaşlı Samirə İsmayılovanın evində törədilib.

Samirənin qonşuluqda yaşayan 24 yaşlı qardaşı Əliyev Baba Vaqif oğlu 26 yaşlı digər bacısı Sahibə Əliyevaya hücum edib. O, bacısının qarın nahiyəsinə dörd bıçaq zərbəsi endirib. Yaralı 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Cinayət Məcəlləsinin 29 və 120-ci maddələri (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açılıb. 

İlkin məlumata əsasən, doğmalar arasındakı münaqişəyə səbəb bacının “söz eşitməməsi” olub.

Məlum olub ki, bacılar birlikdə dənizə getmək istəyiblər. Amma bunu öyrənən qardaş onlara dənizə getməyi qadağan edib. Sahibə isə qardaşına etiraz edib. Tərəflərin mübahisəsi qardaşın bacıya bıçaqla hücum etməsi ilə nəticələnib. B.Əliyev saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Ramella İbrahimxəlilova