Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Ağaməli Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Kərimov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il oktyabrın 5-də Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində, qəsəbə sakini A.Kərimov evində münaqişə zəminində qardaşı Ədil Kərimovu bıçaqla qətlə yetirib.