54d792a0-5d94-479f-8ed6-e2657111d858..jpg

Bakıda qardaşını qumbara ilə öldürmək istəyən şəxsə HÖKM OXUNDU

Baxış sayı: 987 dəfə baxılıb.

Bakıda qardaşını qumbara ilə öldürmək istəyən şəxsə HÖKM OXUNDU

Bakıda qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin İsakova
hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, dövlət ittihamçısı R.İsakovun 16 il müddətinə azadlıqdan məhrum
edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, R.İsakov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə
zamanı qardaşının Maştağada yerləşən evinin həyətinə qumbara atıb. Evdə
qardaşından əlavə, qardaşının azyaşlı iki uşağı və həyat yoldaşı olub.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.

R.İsakova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya
ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

Source link