50e32b13-23a5-40ac-9199-0ce4b2a3cfc9..jpg

Bakıda qısqanc ər oğlunun gözü qarşısında arvadının üzünə “kislota” töküb – TƏFƏRRÜAT

Baxış sayı: 778 dəfə baxılıb.

Bakıda qısqanc ər oğlunun gözü qarşısında arvadının üzünə “kislota” töküb –
TƏFƏRRÜAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır
zərər vurmada təqsirləndirilən Rahib Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə
istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum
edilib.

İttihama görə, hadisə 1 fevral 2023-cü il tarixdə, saat 15 radələrində Bakı
şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Stimul” Hospital ilə
üzbəüz parkın yaxınlığında qeydə alınıb. Belə ki, Rahib Qafarov arvadı Samirə
Qafarova (şərti) ilə aralarında qısqanclıq zəminində mübahisə edib. Həmin vaxt
orada cütlüyün böyük oğlu da olub. Təqsirləndirilən şəxs oğlunun gözü
qarşısında sulfat turşusu – “kislota” olan şüşə butulkanın qapağını açıb. Daha
sonra o, “kislota”nı birbaşa qadının üstünə və dayandığı istiqamətə səpələyib.
Nəticədə qadın gözündən ağır xəsarət alıb. Hadisədən sonra o saxlanılıb və
barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə iclasında Rahib Qafarov ona
elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib
ki, 2022-ci ilin yay aylarında evdən ona tanış gəlməyən səs eşidib, arvadı
Samirənin hərəkətləri şübhəli gəldiyindən qadının çantasına baxıb:

“Bu zaman həyat yoldaşımın əl çantasında öz telefonundan əlavə bir telefon da
tapdım. Həmin telefona baxanda gəlmiş SMS-lərin məzmunundan Samirənin müxtəlif
vaxtlarda, müxtəlif şəxslərlə cinsi əlaqədə olduğunu aşkarladım. Arvadım bu
SMS-lərlə bağlı məlumat verdi, bunu etiraf etdi və onu bağışlamağım üçün
yalvardı. Mən də arvadımı bağışladım. Lakin bir müddət sonra eyni əməllərin
təkrarlandığını aşkarladım. Samirənin bağışlandıqdan sonra yenə əxlaqsız
hərəkətləri etməsinə çox əsəbiləşdiyim üçün onun sağlamlığına zərər vurdum.
Hadisəni törətdiyim gün Samirəni aldadaraq o və böyük oğlumla görüşdüm. Onlarla
birgə avtobusdan düşən vaxt arvadıma mobil telefonunu verməsini tələb etdim.
Lakin Samirə telefonunu verməkdən imtina etdi, mənim və ailəm haqqında nalayiq
ifadələr işlətdi. Mən də bundan əsəbiləşdim və özümlə gətirdiyim, “kislota”
kimi bildiyim kimyəvi maddə olan şüşənin qapağını açaraq onun sifətinə tökdüm”.

Source link