e9d47cb7-c67a-45b3-81aa-06bd6285db78..jpg

Bakıda qısqanclıq zəminində dava: 15 yaşlı yeniyetmə bıçağa əl atdı – YENİLƏNİB

Baxış sayı: 520 dəfə baxılıb.

Bakıda qısqanclıq zəminində dava: 15 yaşlı yeniyetmə bıçağa əl atdı – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xəzər rayonunda 1985-ci il təvəllüdlü Lerik rayon sakini Raul Ağababa
oğlu Məmmədov bıçaqlanıb.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü yeniyetmə Raul Ağababa oğlu Məmmədovun onun
anası ilə münasibətinin olduğunu bilib və bu əmələ əl atıb.

Faktla bağlı araşdırma aparılır.

10:20

Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb.

Cixisyolu.com-ın məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Raul Ağababa
oğlu Məmmədov küçədə gedərkən 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq onu döyüb.

Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə
zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası
diaqnozu qoyulub.

Raul Məmmədov açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Source link