1dcdd1fb-6139-474e-8494-66a4c06a43a9..jpg

Bakıda qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşına hökm oxunub

Baxış sayı: 596 dəfə baxılıb.

Bakıda qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin
vətəndaşına hökm oxunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qısqanclıq zəminində həmyerlisi Pan Yuan Lianqı öldürməkdə
təqsirləndirilən Çin vətəndaşı Yuan Tianqanqa hökm oxunub.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd
Quliyevin sədrlik etdiyi məhkəmə iclasında o, 9 il müddətə azadlıqdan məhrum
edilib.

Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı
qərar qəbul edilib.

İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami
rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar. Yuan Tianqanqın həyat
yoldaşı da onlarla bir evdə qalıb. Cari il iyulun 14-də Yuan Tianqanq onunla
eyni evdə yaşayan tanışı Lianqın onun arvadı ilə yaxınlıq etmək istədiyini
öyrənib. O, qısqanclıq zəminində Lianqın baş nahiyəsinə dəmir parçası ilə
zərbələr endirib. Lianq hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya
yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Yuan Tianqanqa qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər
vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Source link