c35cb6e5-beb5-4a3f-90a2-6bddaf9b65cb..jpg

Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ – FOTO/VİDEO

Baxış sayı: 602 dəfə baxılıb.

Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat
dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib. Səbail Rayon Polis
İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə
hadisəni törədən Emin Quliyev saxlanılıb.

Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması
araşdırılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu
barədə polisə müraciət edə bilərlər.


Source link