56fb109e-9c78-45cd-8717-0b9973156ccd.jpg

Bakıda qızını öldürməyə cəhd edən ataya HÖKM OXUNDU

Baxış sayı: 176 dəfə baxılıb.

Bakıda qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun cinayət
işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi
Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli
ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 11 il 3 ay
müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

Daha sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən, təqsirləndirilən şəxs 11 il
3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində
qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq
zəminində qızı Rəna Cavadovanı 5 bıçaq zərbəsi ilə xəsarət yetirib.

Rəfail Cavadov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs
qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi
amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Source link