Bakıda qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Səbail Rayon Prokurorluğunun məlumatında deyilir.
Bildirilir ki, yanvarın 13-də saat 22 radələrində paytaxtın Səbail rayonu
ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan
şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar
Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsilə cinayət işi başlanıb, Yusif İsmayılov polis əməkdaşları
tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş
üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.