448bbade-5bd5-4480-a50f-d0c2dabf1881..jpg

Bakıda “Range Rover”in sərxoş sürücüsü həbs edilib

Baxış sayı: 469 dəfə baxılıb.

Bakıda “Range Rover”in sərxoş sürücüsü həbs edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərxoş halda avtomobil idarə edən şəxsi
saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gecə saat 01:50 radələrində baş verib.

Belə ki, “Range Rover” markalı 77-MF-774 dövlət qeydiyyat nişanlı nəqliyyat
vasitəsinin sürücüsü Adil Mayıl oğlu Əliyev paytaxtın Üzeyir Hacıbəyli
küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edib.

Buna görə yol-patrul xidməti əməkdaşı tərəfindən “saxla” işarəsi verilib,
lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən
saxlanılıb və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyi məlum olub.

Sürücü barəsində müvafiq sənədləşmə aparılıb və toplanmış materiallar
baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Əliyev
inzibati qaydada həbs edilib.

Source link