f5afa802-0f49-4038-baf8-cdda0ad61e68..jpg

Bakıda restoranın 85 min manatını ələ keçirən kababçı azadlığa buraxıldı

Baxış sayı: 647 dəfə baxılıb.

Bakıda restoranın 85 min manatını ələ keçirən kababçı azadlığa buraxıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıdakı məşhur restoranlardan birindən 85 min manatlıq ətin pulunu dələduzluq
yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
prosesdə restoranın kuryeri Radiq Mehdiyev və kababçı Natiq Qardaşova hökm
oxunub. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq)
maddəsi ilə təqsirli biliniblər.

İstintaq müddətində həbsdə saxlanılan N.Qardaşov 5 min manat cərimə edilərək
məhkəmə salonundan azadlığa buraxılıb. Polisin nəzarəti altında olan Radiq
Mehdiyevə də 5 min manat cərimə cəzası verilib.

Bildirilib ki, məhkəmə prosesində zərərçəkmiş iş adamı, restoranın icarədarı
Şəmsəddin Hüseynov təqsirləndirilən şəxslərin artıq dəymiş ziyanı ödədiklərini
bildirib və onlarla bağlı şikayətini geri çəkib.

Source link