cc7a1c50-e9a0-4faf-90b6-9309c042d514.jpg

Bakıda səhər saatlarında qadın bıçaqlandı – Rəfiqəsi TUTULDU

Baxış sayı: 155 dəfə baxılıb.

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı
İbrahim Əmiraslanlı “Qafqazinfo”ya bildirib ki, hadisə bu gün 06:40-da rayonun
28 May küçəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü A.H-ya naməlum şəxs tərəfindən kəsici-deşici
alətlə xəsarət yetirildiyi və xəstəxanaya yerləşdirildiyi barədə polisə məlumat
daxil olub. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən
müəyyən edilib.

Hadisə ilə bağlı ərazi Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Hadisənin rəfiqələr arasında baş verdiyi qeyd olunub. Yaralı xəstəxanaya
çatdırılıb, həyatı üçün təhlükənin olmadığı bildirilib.

Source link