Bakıda şəhid lövhəsi təhqir olunub – FOTO

Bakıda şəhid lövhəsi təhqir olunub – FOTO

Baxış sayı: 2. 833 dəfə baxılıb.

Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.

Bu haqda ÇıxışYolu.Com-a şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.

Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan – Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.

“Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb”, – deyə Xəqani Aslanovun oğlu bildirib.

Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.

Əli Məmmədov
www.ÇıxışYolu.Com