249c4209-f392-4488-86bc-b605bbf1f277.webp

Bakıda sərnişin avtobusu piyadanı vurub

Baxış sayı: 263 dəfə baxılıb.

“Bakının Xəzər rayonunda bir nəfərin xəsarət alması ilə baş verən
yol-nəqliyyatı hadisəsi 8 oktyabr saat 14:15-də qeydə alınıb”.

Bu məlumatı Cixisyolu.com-a açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi
Toğrul Nəsirliverib.

“Hadisə Mərdəkan qəsəbəsi, Yesenin küçəsində qeydə alınıb. Belə ki, “ISUZU”
markalı 77-CZ-241 dövlət nömrə nişanlı 112 saylı xətt avtobusu piyadanı vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma
aparılır”,- deyə T.Nəsirli bildirib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Cixisyolu.com-ın sorğusuna
cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Mərkəzinə 09 oktyabr saat 15:30-da Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindən
piyadavurma səbəbilə çağırış daxil olub.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi
yardım briqadası tərəfindən xəsarət alan 68 yaşlı (qadın cinsli) şəxs
kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya
olunub”, – deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

08:38

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət
alıb.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, 1956-ci il təvəllüdlü Böyükxanım İldırım qızı Rzayeva yol kənarında
olarkən sərnişin avtobusu onu vurub. Qadın ağır xəsarət alaraq xəstəxanaya
yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Source link