0cf65b65-484d-4bfb-ae68-bb1f51bf4bbc.jpg

Bakıda sərnişinlərin şikayət etdiyi sürücü həbs olundu – Narkotik aludəçisi imiş

Baxış sayı: 145 dəfə baxılıb.

Bakıda narkotik maddələrin təsiri altında avtobus idarə edən sürücü
sərnişinlərin tələbi ilə saxlanılıb.

“Qaynarinfo”nun məlumatına görə, hadisə 30 oktyabr 2024-cü il tarixdə saat 17
radələrində baş verib.

Belə ki, 1969-cu ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuş, paytaxtda
“Daewoo BS090” markalı avtobusun sürücüsü işləyən F.G. barəsində sərnişinlər
polisə şikayət ediblər. İki qadın və bir kişi sərnişin sürücü F.G.-nin avtobusu
idarə edən zaman özünü qeyri-adekvat aparmasını müşahidə ediblər, bu barədə
ərazidə fəaliyyət göstərən polisə məlumat veriblər. Onlar əvvəlcə F.G.-yə
yaxınlaşaraq avtobusu saxlamasını tələb ediblər. Bundan sonra ərazidə xidmət
aparan DYP əməkdaşlarını məlumatlandırıblar. Həmin vaxt avtobusun sərnişini
olmuş şəxslər digər avtobusa minərək ərazidən uzaqlaşıblar.

Sərnişinlərin şikayəti əsasında sürücü dərhal saxlanılaraq, tibbi müayinədən
keçirilib və avtobusu narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən
olunub.

Məhkəmənin qərarı ilə F.G. İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində
nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və nəqliyyat
vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, bir ay
müddətinə inzibati qaydada həbs edilib.

Source link