3fc12715-49a8-432a-98ca-99a6ffc95b9c..jpg

Bakıda saxlanılan üç narkokuryerdə 18 kq narkotik aşkarlanıb – FOTO/VİDEO

Baxış sayı: 381 dəfə baxılıb.

Bakıda saxlanılan üç narkokuryerdə 18 kq narkotik aşkarlanıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda saxlanılan üç narkokuryerdə 18 kiloqrama yaxın narkotik vasitə aşkar
olunub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti
tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər
məhkum olunmuş Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanılıblar.
C.Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib. A.Əflan və
Ə.Məhərrəmovun üzərlərinə və ikincinin avtomobilinə baxış zamanı isə üç
kiloqrama yaxın marixuana müəyyən edilib. Hər üç saxlanılan şəxsiyyəti
istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb
olunduğunu bildirib. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin
saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Source link