“Bu ərazi səki deyil, dövlət avtomobil yoludur”.
Bu məlumat Cixisyolu.com-ın sorğusuna əsasən Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyindən (AYNA) verilib.
“Sözügedən ərazi dövlət avtomobil yoluna aiddir. Ərazidə yaşayan sakinlər
tərəfindən bir neçə dəfə AYNA-ya qanuni parklanma yerlərinin yaradılması ilə
bağlı müraciət olunub. AYNA tərəfindən ərazidə təhlillər aparılıb, parklanmaya
tələbat nəzərə alınaraq avtomobil yolunda küçə parklanma yerləri təşkil edilib.
Qeyd edək ki, yolun hər iki tərəfində piyadaların rahat və maneəsiz hərəkəti
üçün müvafiq şərait mövcuddur”, – deyə məlumatda bildirilir.
13:50
Son günlər Bakı sakinlərini narahat edən məsələlərdən biri də səkilərin pullu
parkinqə çevrilməsidir.
Cixisyolu.com xəbər verir ki, paytaxtın Nərimanov rayonunda yerləşən Mirzəbala
Əhmədzadə küçəsində səkinin bir hissəsi artıq pullu parkinq kimi istifadə
olunur.
Sürücülər və yerli sakinlər bu vəziyyətdən ciddi narazılıq edirlər. Onların
sözlərinə görə, boş səkilərin pullu parkinqə çevrilməsi qanunsuz və
ədalətsizdir. Səkilər piyada keçidi üçün nəzərdə tutulub və onların bu cür
“özəlləşdirilməsi” yolverilməzdir.
Səkilərin hansı səbəbdən pullu parkinqə çevrilməsi isə aydın deyil.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova