Bakıda sevgililər maşında boğularaq ölüb

Bakıda sevgililər maşında boğularaq ölüb

Baxış sayı: 2. 083 dəfə baxılıb.

Bakıda sevgililər maşında boğularaq ölüb

Paytaxtın Yasamal rayonunda Mirəli Seyidov küçəsində sevgililər qarajda boğularaq ölüb.

ÇıxışYolu.Com-ın Report-a istinadən xəbərinə görə, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü K.Ə. və 1990-cı il təvəllüdlü E.Z. adlı şəxslərin meyiti tapılıb.

Avtomobil K.Ə.-ya məxsus olub. Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlük də məhz maşının qazından ölüb.

Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Ehtimala görə, onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, sentyabrın 7-də E.Z. adlı şəxsin toy mərasimi olacaqdı.

www.ÇıxışYolu.Com