Bakı şəhər sakini “Qutab Food” restoranından sifariş etdiyi məhsuldan milçək
çıxdığını iddia edib.
O bu barədə Cixisyolu.com-a şikayət ünvanlayaraq qeyd edib ki, ilk dəfədir, belə
vəziyyətlə qarşılaşıb:
“Oktyabrın 2-si saat 02:11-də tətbiq vasitəsilə sözügedən restorandan beş ədəd
qutab sifariş etmişəm. Təəssüf ki, aldığım məhsulun içindən milçək çıxdı.
Tətbiq vasitəsilə indiyədək 100-ə yaxın sifarişim olub, ilk dəfədir ki, belə
bir iyrənc vəziyyətlə qarşılaşıram”.
Məsələ ilə bağlı Cixisyolu.com “Qutab Food” restoranı ilə əlaqə saxlayıb.
Restorandan cavab olaraq bildirilib ki, qeyd olunan məsələdən xəbərdardırlar
və vətəndaşın ödənişi geri qaytarılıb:
“Birinci dəfədir, belə hal ilə qarşılaşırıq. Vətəndaş şəkilləri bizə də
göndərib. O şəkildə heç nə aydın deyil, deyir ki, içində olan milçəkdir. Lakin
yenə də vətəndaşın narazı qalmaması üçün ödənişini geri qaytardıq”.
Aygün Mirakif