Bakıda silahlanmış keçmiş baş mühasib tutuldu

Bakıda silahlanmış keçmiş baş mühasib tutuldu

Baxış sayı: 2. 345 dəfə baxılıb.

Bakıda silahlanmış keçmiş baş mühasib tutuldu

Xırda oğurluq sayəsində Bakının Nizami Rayon Polis İdarəsinin əməkdaşları kriminal aləmin silahlı nümayəndəsini saxlayıblar.

Bu barədə ÇıxışYolu.Com-a Nizami Rayon Polis İdarəsindən məlumat veriblər.

Avqustun 2-də Naxçıvanski küçəsi. 48 ünvanında yerləşən bazar ərazisində 14 yaşlı Coşqun Əsgərovun mobil telefonu oğurlanıb. Əməliyyatçılar oğrunu saxlayıblar. Bu, 1965-ci il təvəllüdlü Şahbuz rayon sakini Məmmədov Ələkbər Əkbər oğludur.

Məlum olub ki, 35 yaşlı kişi dövlət əmlakını mənimsəməyə və oğurluğa (baş mühasib işlədiyi müəssisəni qarət edib), eləcə də narkotik vasitələrin ticarətinə görə daha əvvəl həbsxanalara düşüb. A.Məmmədov sonuncu dəfə 2009-cu ildə mühakimə edilib. O, İrandan gətirilmiş 9 kiloqram narkotiki satmağa cəhddə təqsirli bilinib.

A.Məmmədov həbs müddətinin böyük hissəsini Rusiya ərazisində keçirib. O, bu dəfə saxlanılarkən üzərindən Çexiya istehsalı olan “Vzor-70” tapançası və patronları aşkarlanıb. A. Məmmədov tapançanı bir neçə ay əvvəl tapdığını desə də, polis onun sözlərinə inanmır.

Hazırda saxlanılan şəxsin digər cinayət əməllərində iştirak edib-etmədiyi yoxlanılır.

Ramella İbrahimxəlilova