9d0d923e-de9d-4a6b-bfb3-f937294c59c1..jpg

Bakıda silahlı insidentə görə tutulanların məhkəməsi başlayır – VİDEO

Baxış sayı: 628 dəfə baxılıb.

Bakıda silahlı insidentə görə tutulanların məhkəməsi başlayır – VİDEO

Martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun
küçəsində baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq
idarəsində aparılan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, istintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və
digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə
qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun
atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov
və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova
Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən
sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər
maddələrilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Source link