a1e725ef-eee0-4305-85a3-f8a9160d869c..jpg

Bakıda silahlı şəxs saxlanılıb – FOTO

Baxış sayı: 620 dəfə baxılıb.

Bakıda silahlı şəxs saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda silahlı şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri
tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir
rayon sakini 1968-ci il təvəllüdlü Pünhan İmanov saxlanılıb. Ondan 1 ədəd
“Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq
götürülüb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Source link