Bakıda üzərində qanunsuz olaraq odlu silah gəzdirən və narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.
ÇıxışYolu.Com-a daxil olan məlumata görə, polisə paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət Quliyevdə odlu silah-sursat olması barədə məlumat daxil olub.
Polis tərəfindən saxlanılmış şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman bir ədəd “Makarov” markalı tapança və içərisində bir ədəd patron olan daraq aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində odlu silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Paytaxt polisi həmçinin narkotik maddə alveri ilə məşğul olan daha üç nəfəri saxlayıb.
Belə ki, əvvəllər məhkum olunmuş Bakı sakinləri Mehrac Zərbalıyev, Tural Quliyev və Gəncə şəhər sakini Ruhin Şabanovdan ümumilikdə 12 qram qurudulmuş marixuana və bir ədəd bıçaq aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Saxlanılanların kriminal keçmişə malik olmaları nəzərə alındığından onların digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur.
R. Quliyev, M.Zərbalıyev, T. Quliyev və R.Şabanovun əməllərindən zərərçəkən şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.