Bakıda Şimali Kiprlə bağlı sərgi açılıb – FOTO
Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri
çərçivəsində sərgi açılıb.
“Report”un xəbərinə görə, sərgidə Şimali Kiprdə fəaliyyət göstərən təhsil
ocaqları, inşaat-tikinti şirkətləri, hotel və banklar stendlərlə təmsil
olunurlar.
Eyni zamanda Şimali Kipr mətbəxinə aid müxtəlif təamlar nümayiş etdirilir.
Qeyd edək ki, sərgidə Şimali Kiprin prezidenti Ersin Tatar, Baş nazir Ünal
Üstel, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Şimali Kiprin
Azərbaycandakı təmsilçisi Ufuk Turqaner, iş adamları, deputatlar və media
nümayəndələri iştirak edirlər.