08672bcf-37ea-44dc-ab93-791c39a517dd..jpg

Bakıda SPECA-nın ticarət və gender üzrə işçi qruplarının iclasları keçirilib – FOTO

Baxış sayı: 893 dəfə baxılıb.

Bakıda SPECA-nın ticarət və gender üzrə işçi qruplarının iclasları keçirilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları
üçün Xüsusi Proqramı) həftəsi çərçivəsində Ticarət üzrə İşçi Qrupunun 18-ci
iclası keçirilib.

Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd
Bəşirli bildirib ki, iclas Mərkəzi Asiyada 2030-cu ilə qədər olan dövr üçün
Dayanıqlı İnkişaf Gündəliyinin əsas spektrlərini əhatə edir. S.Bəşirli
ölkəmizdə ticarətin inkişafı istiqamətində atılan addımlar, tranzit-logistika
potensialının artırılması, nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin
yüksəldilməsi məqsədilə gömrük prosedurlarının rəqəmsallaşdırılması və
sadələşdirilməsi istiqamətində islahatlar barədə məlumat verib.

SPECA Ticarət üzrə İşçi Qrupunun sədri, Tacikistanın iqtisadi inkişaf və
ticarət nazirinin müavini Ahliddin Nuriddinzodanın sədrliyi ilə keçirilən
iclasda Proqramın əhatə etdiyi dövlətlərin ticarət sahəsində əlaqələrinin
genişləndirilməsi və əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinin
əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, qarşılıqlı faydalı ticarət
tərəfdaşlığının inkişaf etdirilməsi milli iqtisadiyyatların şaxəli inkişafına
və qlobal iqtisadiyyata sıx inteqrasiyasına mühüm töhfələr verə bilər.
Sessiyada SPECA-nın iştirakçısı olan dövlətlər arasında ticarətin
asanlaşdırılması, multimodal nəqliyyat və rəqəmsallaşma, milli və regional plan
və strategiyalar, həmçinin digər məsələlər nəzərdən keçirilib. Tədbir
çərçivəsində İşçi Qrupun qarşıdakı 2-3 il ərzində həyata keçirəcəyi prioritet
tədbirlərin müəyyənləşdirilməsi yönündə müzakirə aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət
Qəhrəmanovanın sədrliyi ilə keçirilən SPECA Gender və Dayanıqlı İnkişaf
Məqsədləri üzrə İşçi Qrupunun “Gender bərabərliyi: SPECA regionunda qlobal
bağlantı və transformativ inkişaf üçün katalizator” mövzusunda iclasında qeyd
olunub ki, gender bərabərliyi üzrə birgə səylərlə qadınların iqtisadi
imkanlarının artırılmasında mühüm rol oynayacaq regional kommunikasiya
mərkəzinin yaradılması əsas məsələlərdəndir. Sessiya çərçivəsində gender
məsələlərinin SPECA-nın diqqət mərkəzində saxlanması yolları, qadınların
cəmiyyətdə bərabərhüquqlu olmasını təmin etmək üçün qəbul edilmiş təşəbbüs və
müsbət təcrübələr, bu sahədə əməkdaşlığın genişləndirilməsi kimi məsələlər
müzakirə olunub, təkliflər səsləndirilib.

Source link