26de14cb-ddac-4ac2-abbe-a13219e9e5bb..jpg

Bakıda stomatoloji kabinetdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb – VİDEO

Baxış sayı: 710 dəfə baxılıb.

Bakıda stomatoloji kabinetdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanıda stomatoloji kabinetlərin birindən doqquz ədəd qızıl diş və digər
əşyalar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Suraxanı rayonunda yerləşən
stomatoloji kabinetlərin birindən oğurluq edilib. Zərərçəkən Suraxanı Rayon
Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək kabinetdən 7500 manat
dəyərində tibbi avadanlıq, noutbuk və doqquz ədəd qızıl dişin oğurlandığını
bildirib. Bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni
törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il
təvəllüdlü Firudin Babayev saxlanılıb.

Həmin şəxsdən əlavə olaraq dörd qram narkotik vasitə olan heroin də aşkar
olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

F.Babayevin əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis
orqanlarına müaciət edə bilərlər.


Source link