Bakıda sürücü avtobusu avtomobillərə çırpdı, ölən var

Bakıda sürücü avtobusu avtomobillərə çırpdı, ölən var

Baxış sayı: 2. 201 dəfə baxılıb.

Bakıda sürücü avtobusu avtomobillərə çırpdı, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə,  noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış üç avtomobilə vurub.

Hadisə nəticəsində ağır xəsarətlər almış və xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.ÇıxışYolu.Com