f34eb082-0e1a-405a-9f6b-e3532b3b24d3..jpg

Bakıda sürücüdən “unikal” davranış: Sərnişinləri avtobusla birgə yolda qoyub aradan çıxdı – FOTO/VİDEO

Baxış sayı: 568 dəfə baxılıb.

Bakıda sürücüdən “unikal” davranış: Sərnişinləri avtobusla birgə yolda qoyub
aradan çıxdı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BakuBus” sürücüsü gecəyarı sərnişinləri yolda qoyub.

Bununla bağlı Cixisyolu.com-a sərnişinlər məlumat veriblər.

Onların iddiasına görə, 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun
sürücüsü gecə saat 00:00 olduqda avtobusu dayanacaqda saxlayıb, sərnişinləri
düşürüb. Sürücü sərnişinlərə başqa bir avtobusun gələcəyini bildirib və ona
minməyi tapşırıb.

Sürücünün bu əməlinə etiraz edən sərnişinlər avtobusu tərk etmək istəmədikdə,
sürücü mühərriki söndürüb, avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib və
gedib.

Sərnişinlərin çəkdiyi görüntüləri təqdim edirik:


Source link