245232c4-e930-42e3-8d06-e8f3efdd8e1a..jpg

Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs TUTULDU

Baxış sayı: 864 dəfə baxılıb.

Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs TUTULDU

Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının
kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil
olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən
müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli
bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link