7b6e1199-6841-4062-9731-f2c6284fafd4..jpg

Bakıda sürücüyə qarşı soyğunçuluq edilib

Baxış sayı: 567 dəfə baxılıb.

Bakıda sürücüyə qarşı soyğunçuluq edilib

Bakıda sürücüyə qarşı soyğunçuluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə olan 2
sərnişinin sürücünün 250 manat pulunu soyğunçuluq yolu ilə talamaları barədə
polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 33-cü Polis Bölməsi
əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini
törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Hakim Hüseynov və Bərdə rayon
sakini olan qadın müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link