Bakının Xətai rayonu ərazisində sürüşmə baş verib.
Bu barədə paytaxt sakinləri “Baku.ws”in “qaynar xətti”nə bildiriblər.
Qeyd edilib ki, bu gün saat 15 radələrində paytaxta yağan yağış nəticəsində
Gəncə prospekti, 97 ünvanında yerləşən yaşayış binasının qarşısında torpaq
sürüşüb. Nəticədə binanın arxasında istinad binası təhlükəli vəziyyətdə qalıb.
Məsələ ilə əlaqədar olaraq Xətai Rayon İcra Hakimiyyəti Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib
ki, hadisə yerinə mütəxəssislər göndəriləcək və araşdırmalardan sonra məlumat
veriləcək.
Həmin görüntüləri təqdim edirik: