Bakının Sabunçu rayonunda yerləşən 86 saylı bağça qəzalı vəziyyətdədir və
uşaqların həyatı üçün təhlükəlidir.
Bu barədə bağçadakı uşaqların valideynləri Baku.ws-in “qaynar xətti”nə
şikayətlərində bildiriblər.
Qeyd edilib ki, bağçanın tualeti bərbad vəziyyətdədir. Yataq otağı
təmirsizdir. İstilik sistemi işləmir. Həmçinin bildirilib ki, bağça qəzalı
vəziyyətdə olduğu üçün uşaqların həyatı üçün təhlükəlidir.
Bağçanın rəhbərliyində çalışan Sənubər Hüseynova bildirib ki, həqiqətən də
binanın təmirə ehtiyacı var.
“Təhsil nazirliyindən gəlib baxıblar və qeydə alıblar. Bizim bağçanın bir
hissəsində məcburi köçkünlər yerləşir. 11 ailədir, 78 nəfər qaçqın yaşayır. Bir
hissədə isə uşaqlara təlim keçilir”, – deyə Sənubər Hüseynova bildirib.
Bağçadan çəkilən görüntüləri təqdim edirik: