5a57acf4-c792-40e4-a91f-08bfc27933bc..jpg

Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı – ANBAAN VİDEO

Baxış sayı: 644 dəfə baxılıb.

Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən
qaçdı – ANBAAN VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Havanın qaranlıq vaxtı sürücünün yolda manevr qaydalarını kobud surətdə
pozması digər sürücülərin həyatı üçün də təhlükə yaradıb.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Hadisənin Zabratda baş verdiyi ehtimal olunur. 10-VF-646 dövlət nömrə nişanlı
“Mercedes” markalı avtomobil manevr qaydalarını pozaraq, eyni istiqamətdə
hərəkətdə olan yük və minik maşınlarının arasından keçib. Bu zaman “Mercedes”in
sol hissəsi digər minik avtomobilinə dəyib. Buna baxmayaraq, sürücü hərəkəti
davam etdirib.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Cixisyolu.com
-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı məsələ araşdırılır.
Araşdırmalar nəticəsində müvafiq tədbirlər görüləcək.

Videonu təqdim edirik:

Əzizə İsmayılova

Source link