e34ebc89-d38a-4812-bce7-89a17559028b..jpg

Bakıda təkərdoldurma məntəqəsində partlayış olub, bir nəfər ölüb – YENİLƏNİB

Baxış sayı: 918 dəfə baxılıb.

Bakıda təkərdoldurma məntəqəsində partlayış olub, bir nəfər ölüb – YENİLƏNİB +
FOTO

Fövqəladə Hallar Nazirliyi təkərdoldurma məntəqəsində baş verən partlayışla
bağlı məlumat yayıb.

FHN-dən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən təkər təmiri sexində
partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi
sahəsi 32 m² olan təkər təmiri sexində kustar üsulla hazırlanmış hava
kompressorunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən
olunub. Partlayış dalğasının təsirindən sexin dam örtüyü dağılıb. Sexdə işləyən
1 nəfər aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində həlak olub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq
təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

15:16

Martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər
təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Hadisənin hava təzyiqi ilə işləyən cihazın partlaması nəticəsində baş
verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

14:40

Bakının Binəqədi rayonunda təkərdoldurma məntəqəsində partlayış baş verib.

APA xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.

Belə ki, qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər
yaralanıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Source link