Bakıda tələbələr arasında baş vermiş dava ölümlə nəticələnib.
Bununla bağlı ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı huşunu itirib və yıxılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumatlara görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarət olmayıb.
İnsidentlə əlaqədar bir nəfər saxlanılıb.
Faktla bağlı Nərimanov rayonu 18-ci Polis Bölməsində araşdırmalara başlanılıb.
Samir İsayev