fafc0050-1c55-40f5-89bf-dd65dccaf321..jpg

Bakıda tələbləri pozan bir neçə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Baxış sayı: 614 dəfə baxılıb.

Bakıda tələbləri pozan bir neçə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin müfəttişləri
tərəfindən dönər satışı həyata keçirilən qida obyektlərində növbəti
plandankənar yoxlamalar həyata keçirilib.

AQTA-dan verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində baş tutan
nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və
təhlükəsizliyinin qiymətləndirilməsi həyata keçirilib. Monitorinqlər
çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının
nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış növbəti
dönərxanalarda agentliyin müfəttişləri tərəfindən plandankənar yoxlamalar
aparılıb.

Yoxlama nəticəsində aşağıda adları açıqlanan iaşə obyektləri ilə bağlı
tədbirlər görülüb:

– Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunda
fəaliyyət göstərən dönərxana;

– Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 149 ünvanında fəaliyyət
göstərən “Baku Dönər”;

– Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17
ünvanında fəaliyyət göstərən “Lyuks Dönər”;

– Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küç., 7-ci mkr, ev 16G ünvanında
fəaliyyət göstərən “Canım Lahmacun”;

– Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ştq, X.Vəliyev küç., ev 2 ünvanında
fəaliyyət göstərən “Döneritto”.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir
görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının
satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə
qərar qəbul olunub. Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam
etdirilir. Müvafiq araşdırmalar və aparılan monitorinqlərin növbəti nəticələri
barədə ictimaiyyətə məlumatlar veriləcək.

Source link